Rusiyada yarım milyon insan evakuasiya edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ictimai yerlərdə partladıcı qurğuların yerləşdirilməsi ilə bağlı təhlükəsizlik orqanlarına daxil olan zənglərə görə ümumilikdə 540 min insan təxliyə edilib.

 

Rusiyada ictimai yerlərdə partladıcı qurğuların yerləşdirilməsi ilə bağlı təhlükəsizlik orqanlarına daxil olan zənglərə görə ümumilikdə 540 min insan təxliyə edilib.

Axar.az xəbər verir ki, bu barədə RİA informasiya verib.

Məlumata görə, təhlükəsizlik orqanlarına ümumi olaraq 1200 binanın minalanması barədə informasiya daxil olsa da, bu, həqiqəti əks etdirməyib. Aparılan axtarışlar nəticəsində hər hansı binada partladıcı qurğu aşkar edilməyib. 11 sentyabrdan başlayaraq Rusiyanın 100-ə yaxın şəhərində bununla bağlı təxliyə əməliyyatları keçirilib.

Qeyd edək ki, baş verən hallarla bağlı Rusiyaya dəymiş ziyanın bir milyard rublu ötdüyü bildirilib.