Rusiyada xaricdən maliyyələşən KİV-lər casus elan oluna bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Duması xaricdən maliyyələşən Kütləvi İnformasiya Vasitələrinin casus elan olunmasını nəzərdə tutan qanun layihəsini müzakirə edir
 

Rusiya Dövlət Duması xaricdən maliyyələşən Kütləvi İnformasiya Vasitələrinin casus elan olunmasını nəzərdə tutan qanun layihəsini müzakirə edir. Günün sonunda sənəd Federasiya Şurasına ötürüləcək.

Oxu.Az-ın məlumatına əsasən, sənəd xarici ölkələrdə qeydiyyatdan keçmiş, Rusiya ərazisində hüquqi öhdəlik daşımayan kütləvi informasiya vasitələrinə şamil olunur.

Qeyd edək ki, sənədin qəbul edilməsi Rusiyaya aid telekanalların ABŞ ərazisində yayımının dayandırılması ilə bağlı rəsmi Vaşinqtonun təşəbbüsünə cavab xarakteri daşıyır.