Rusiyada “WhatsApp”a qadağa qoyula bilərbackend

Rusiyada “WhatsApp”a qadağa qoyula bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada yeni açılan kanallara qeyri-qanuni məlumatlar daxil olarsa, WhatsApp-a giriş bloklana bilər.  

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi (Roskomnadzor) bəyanat yayıb.

Belə ki, Rusiya ötən il Facebook və Instagram platformalarına girişi bloklayıb.

 

Bəyanatda Rusiya qanunlarının bütün şirkətlərə şamil edildiyi bildirilib.
“Bura rusiyalı istifadəçiləri hədəf alan mesajlaşma proqramları və sosial media şəbəkələri daxildir. Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların ortaya çıxması dərhal onların silinməsi tələbi ilə nəticələnəcək və imtina halında tətbiq bloklanacaq”, – deyə bəyanatda deyilib.
Bəyanatda Rusiya qurumlarına və ayrı-ayrı şəxslərə də yerli təcrübələrə keçmələri tövsiyə olunub.