Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Kemerovo şəhərində iki tramvay toqquşub. Hadisə nəticəsində 130 nəfər xəsarət alıb.
Tribunainfo.az xəbər verir ki, qəzadan sonra Kemerovo Elektrik Nəqliyyatı Şirkətinin direktoru və usta saxlanılıb.
Onlar nasaz tramvayın reysə çıxmasına icazə verməkdə təqsirləndirilirlər. Sözügedən nasaz tramvay başqa bir tramvayla toqquşub.
Hadisə ilə bağlı cinayət işi başladılıb. Şirkətin ofisində axtarışlar aparılıb, zəruri texniki sənədlər götürülüb. Hazırda istintaq davam etdirilir.