Rusiyada “telefon terrorizmi” davam edir. Rusiyada “telefon terrorizmi” davam edir. Sentyabrın 18-də bomba təhlükəsi ilə bağlı məlumatlardan sonra Rusiyada məktəblərdən, qatar stansyalarından, ticarət mərkəzlərindən adamlar təxliyyə olunub.
Moskva rəhbərliyi 8 ictimai binadan 600 adamı təxliyyə edib.
Udmurtiya regionunun paytaxtı İjevskdə iki ticarət mərkəzindən və bir hoteldən adamlar çıxarılıb.
Çuvaşiyanın paytaxtı Çeboksarda 12 bina boşaldılıb.
Sentyabrın 10-dan bəri Rusiyada bomba hədələrindən sonra 10 minlərlə adam təxliyyə olunub. Ancaq heç bir halda bomba məlumatı düz çıxmayıb.
Putinin sözçüsü Dmitry Peskov bu hədələri “telefon terrorizmi” adlandırıb və deyib ki, həmin adamları tapmaq üçün hakimiyyət bütün tədbirləri görəcək.