Rusiyada tam yeni silah növü hazırlanır

Rusiyada tam yeni silah növü hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın hava hücumundan müdafiə sistemi tam yeni silahla təchiz olunacaq.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sözügedən silah yeni fizika prinsipləri əsasında yaradılacaq.

Rusiyalı general Aleksandr Leonov bildirib ki, hazırda mütəxəssislər tərəfindən bir sıra layihələr hazırlanır:

“Vaxt gələcək və bunların hamısı nümayiş olunacaq”.

General həmçinin qeyd edib ki, ötən əsrin 90-cı illərinin sonunda Rusiyanın hava hücumundan müdafiə sistemi keyfiyyətinə görə Qərb ölkələrinin analoqlarını 10 il qabaqlayırdı.