Rusiyada “səfərbərlikçilər”in ailələrini kartof və köklə xoşbəxt etdilər (VİDEO)backend

Rusiyada “səfərbərlikçilər”in ailələrini kartof və köklə xoşbəxt etdilər (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskva vilayətində səfərbər edilmişlərin ailələrinin hər birinə 10 kq kartof və yerkökü verilib.
Qaynarinfo “Crimean Wind” “Telegram” (Krım küləyi) kanalına istinadla xəbər verir ki, “səfərbərlikçilər”in qohumları görünməmiş dəstək səviyyəsindən çox seviniblər, lakin üzləri təbliğat videolarında gizlədilib.
“Şəhərətrafı ərazilərdə səfərbər olan rusların ailələrinə 10 kq kartof və 10 kq yerköküdən ibarət tərəvəz dəstləri verilib. Əsl dəstəkdir.

Tərəvəz dəstləri həftədə 105 ailəni “xoşbəxt etməyi” planlaşdırır. İnsanlar kamera qarşısında “səxavətli hədiyyələrə” görə şəhər rayon rəhbərinə təşəkkür və təzim etməyə məcbur edilirlər.
“(Yardımı göstərən rəhbərə) baş əyirəm. Mən həm də səfərbər olmuş şəxsin həyat yoldaşıyam, ərimi sevirəm və gözləyirəm, ümid edirəm ki, hər şey yaxşı olacaq, Rusiya qalib gələcək”, – “Səfərbər olunanların Qohumlarına Dəstək Mərkəzi”nin əməkdaşı Natalya Muromtseva bildirib.