RUSİYADA SEÇKİLƏRİN CƏNUBİ QAFQAZA TƏSİRİ NECƏ OLACAQ? – POLİTOLOQ

RUSİYADA SEÇKİLƏRİN CƏNUBİ QAFQAZA TƏSİRİ NECƏ OLACAQ? – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il seçkilərindən sonra Rusiya siyasətində nəsə dəyişə bilərmi? Moskvanın Cənubi Qafqaz strategiyasını təsiri necə ola bilər?

Bu barədə politoloq Tural İsmayılov bildirdi ki, Rusiyada seçkilər faktiki olaraq çətin bir dövrdə keçiriləcək. Nəzərə almaq lazımdır ki, bu seçkilərdə Rusiya cəmiyyəti total vətənpərvərlik təbliğatı şüarları ilə iştirak edir:

“Ukrayna ilə müharibədə ciddi bir irəliləyiş hələ ki müşahidə edilmir. Danışıqların davam etməsi proseslərin xeyrinədir. Lakin bu münaqişədə o qədər dərin geopolitik səbəblər var ki, qısa müddətdə problemin birdəfəlik və kökündən həll olunmasını gözləmək mümkünsüzdür. Post-müharibə dövründə Ukraynanın dağıdılmış infrastrukturunun bərpası və Rusiya ordusunun bəzi itkilər fonunda mənəvi-psixoloji auranı yenidən kökləməsi müəyyən qədər zaman alacaq. Rusiyanın başladığı müharibə nəticəsində Ukraynaya vurulan ziyanın məbləği ilkin dəyərləndirməyə görə, azı 500 milyard dollardır. Qərb təsistaları, Avropa İttifaqı və digər qurumların da hansısa formada müharibə bitdikdən sonra Ukraynadakı infrastrukturun bərpası və dağıdılmış şəhərlərin yenidən dirçəldilməsi üçün Ukraynaya kömək göstərməsi lazımdır”.

Politoloq vurğulayıb ki, müharibənin gələcəyi ilə bağlı ciddi suallar mövcuddur:

“Rusiya Mərkəzi Bankının Avropada dondurulumuş 350 milyard dollar vəsaiti və hazırda üzərinə həbslər qoyulan digər vəsaitləri sonda kompensasiya olaraq Ukraynaya verilə bilər. Ukrayna bu tələblə beynəlxalq mühakimə institutlarına müraciət edərsə, bu tələbin təmin ediləcəyinə artıq heç kim şübhə etmir. Bu gün Rusiya-Ukrayna müharibəsində çox ciddi formada Ukraynanın geri dönüşlər etdiyini görürük. Ukraynanın potensialının, müdafiə qabiliyyətinin artmağı şübhəsiz ki, Rusiyanı və digər qüvvələri ciddi formada narahat edir. Bu gün Ukrayna PUA-larla ciddi formada təchiz edilir. Özəlliklə, həm PUA-lar məsələsində Ukraynanın təchizatı, eyni zamanda F-16 qırıcıları və bütün vacib, çağdaş dövrün sənaye texnologiyalarını özündə ehtiva edən silahların verilməsi vacib əhəmiyyətə malikdir”.

T. İsmayılov hesab edir ki, Rusiya-Ukrayna savaşında geridönüşlər və sabitlik yoxdur:

“Nə Ukrayna, nə Rusiya hələ ki, öz tələblərindən geri çəkilmir. Burda Ukraynanın tələbi haqlıdır. Çünki, işğala məruz qalan tərəfdir. Son olaraq su bəndinin dağıdılması Rusiya cinayətlərində son həddir. Rusiya təzminata cəlb ediləcək. Bunun üçün səyləri sona qədər davam etdirmək lazımdır”. Belə formada Rusiyada seşkilər və seçkilərdən sonra hansısa dəyişikliklərin olacağını gözləmirəm”.