Sankt-Peterburqda seçki məntəqəsinə “Molotov kokteyli” atılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Fontanka” bildirib.
“Molotov kokteyli” ilə insident Sankt-Peterburqun Moskovski rayonunda baş verib. İki seçki məntəqəsinin fəaliyyət göstərdiyi 358 saylı məktəbin eyvanına gənc qız “Molotov kokteyli” atıb. Hədəf seçki posteri olub.
Qız dərhal polis tərəfindən saxlanılıb”, – deyə “Fontanka” yazır.
Saxlanılan 21 yaşlı qızın polisə “Ukrayna teleqram kanalından məntəqəni yandırmaq tapşırığı aldım, mənə pul vəd etdilər” dediyi bildirilir.