RUSİYADA “QOYUN AKSİYASI”… – Etirazların qarşısını bu yolla almağa çalışırlar + FOTOLARbackend

RUSİYADA “QOYUN AKSİYASI”… – Etirazların qarşısını bu yolla almağa çalışırlar + FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin sentyabrın 21-də qismən səfərbərlik elan etməsi Rusiyanın mərkəzi şəhərləri ilə yanaşı, bir sıra ucqar bölgələrində də birmənalı qarşılanmayıb.

Ucqar kəndlərdə təşkil olunan aksiyalarda qadınlar səfərbərlik əleyhinə şüarlar səsləndirərək, ərlərinin müharibəyə göndərilmələrinə etiraz ediblər.

Belə aksiyalardan biri də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun vətəni- Tıva Respublikasında baş tutub. Keçirilən aksiyalarda qadınların polis zorakılığına məruz qaldığı və onlardan 27-sinin həbs edildiyi bildirilir.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, Rusiya hökuməti bu hadisədən dərhal sonra səfərbərliyə yollanan kişilərin ailələrinə 1 ədəd qoyun hədiyyə etməyə başlayıb.

Rusiyanın bu alçaldıcı aksiyanı Tıva Respublikasının Süt-Xolski, Monqun-Tayginski, Barun-Xemçikski, Uluq-Xemski, Çedi-Xolski, Tes-Xemski, Çaa-Xolski və Dzun-Xemçikski rayonlarında keçirdiyi, bu yolla etirazların qarşısını almağa çalışdığı bildirilir.

Qeyd edək ki, savaşın ilk günlərindən Rusiya ucqar bölgələrdə yaşayan müxtəlif xalqları müharibəyə cəlb etmək üçün, bu cür təşviqləndirici metodlardan istifadə edir. Əsasən, kasıb insanların məskunlaşdığı belə bölgələrdə bir çoxları Rusiyanın təşviq primlərinə aldanaraq, müharibəyə yollanır və nəticədə də bir “qoyun”un badına getmiş olurlar…