Rusiyanın Primorski diyarının “Bəbir torpağı” milli parkında ilk dəfə olaraq qılıncdişli maral fototələ vasitəsi ilə qeydə alınıb.
TİA.AZ report.az-a istinadən bildirir ki, bu barədə parkın mətbuat xidməti məlumat yayıb.
Maralların bu növü Primorskidə yaşayan dırnaqlıların nümayəndələrindən ən qeyri-adisidir.
“Bu növün erkək nümayəndələri qılıncvari çıxıntıdan qovma zamanı dişi marallar uğrunda mübarizədə istifadə edirlər. Bəzən yara o qədər ciddi olur ki, məğlub olan maral ölür”, – deyə milli parkın elmi işçiləri bildiriblər.
Buna baxmayaraq, maral yalnız bitkilərlə qidalanır. Kabarqaların milli parkda sayı o qədər də çox deyil.