Sverdlovsk vilayətində bir ailəni yanğından xilas edən YPX əməkdaşı Baxış Kərimov hadisə ilə bağlı danışıb.
Sverdlovsk vilayətində bir ailəni yanğından xilas edən YPX əməkdaşı Baxış Kərimov hadisə ilə bağlı danışıb.
TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Baxış Kərimov hər şeyin təsadüfən baş verdiyini bildirib:
“İşdən evə qayıdırdım və alovu gördüm. Yanğınsöndürənə zəng etdim, şüşəni qırdım və evə daxil oldum. Orada qadınla kişi yatmışdı. Onları oyadanda dedilər ki, evdə 4 uşaq da var”.
Baxışovun sözlərinə görə, hər şey çox sürətlə baş verirdi: “He, kimdən qorxum yoxdur. O an qorxu haqda düşünmürdüm. Lazımdırsa, demək ki, lazımdır. Bizdə xidmət belədir. Hər kəs ağlayırdı, valideynlər də, uşaqlar da. Hələ də şokdadırlar”.
Rusiya mətbuatı isə yazır ki, əgər polis əməkdaşı işdən 15 dəqiqə gec çıxsaydı ev tamamilə yanmış olardı.