TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putinin portretinin olduğu maraqlı dizaynlı qolsuz köynəklər diqqət mərkəzində olub.
TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putinin portretinin olduğu maraqlı dizaynlı qolsuz köynəklər diqqət mərkəzində olub.
Daily Mail qəzeti qolsuz köynəklərin, Rusiyada gələn il keçiriləcək prezident seçkilərində Putinə olan marağı canlı tutmaq üçün bazara çıxarıldığının şərhini verib.
Project Set adlı gənclər qrupu tərəfindən bazara təqdim olunan qolsuz köynəklərə diqqətin sıx olduğu ifadə edilib.
Putin dəstəkçisi İlya Sadalşik adlı bir aktivist, Putinin sadəcə bir siyasətçi olmadığını, “uzunmüddətli məşhur bir marka olduğunu ifadə etdi.
Putin qolsuz köynəkləri layihəsini həyata keçirən aktivistlər, qısa müddətdə oxşar layihələrə imza atacaqlarını qeyd edir. Putin 2018-ci ildəki seçkilərdə 6 il daha Rusiya prezidenti olmaq üçün yarışacaq.
Rusiyada “vətənpərvər dəb” adı verilən cərəyan üçün istehsal edən çoxsaylı stilist “Putin”i dəstəkləyən paltarlara üstünlük verdiyi məlum olur.
İLAHƏ