Rusiyada pensiya islahatları qəbul edildi

Rusiyada pensiya islahatları qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Duması üçüncü oxunuşdan Rusiyada pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini qəbul edib.

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, qərarın lehinə 333, əleyhinə 62 deputat səs verib.

Rusiya hökuməti tərəfindən təklif edilən qanun layihəsi mərhələli şəkildə pensiya yaşının beş ilə qədər – qadınlarda 60, kişilərdə isə 65 yaşa artırılmasını nəzərdə tutub. Əmək pensiyasının yaşı isə dəyişilməz qalacaq – qanunda bu, qadınlarda 55, kişilərdə 60 yaş göstərilib.

Qanun layihəsinin ikinci oxunuşunda bəzi düzəlişlər edilib. Prezident Vladimir Putin tərəfindən təklif edilən 324 düzəlişdən 10-u qəbul edilib, 72 düzəliş müzakirə edilsə də, heç biri qəbul edilməyib.