Rusiyada yaşlılar və əlillər üçün nəzərdə tutulmuş pansionatda yanğın baş verib.
Rusiyada yaşlılar və əlillər üçün nəzərdə tutulmuş pansionatda yanğın baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın pansionatın üçüncü mərtəbəsində yerləşən istirahət otağındakı televizor və mebelin yanması ilə başlayıb.
İvanovsk vilayətində baş vermiş hadisə nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb. 112 nəfər təxliyə edilib.
Hadisə ilə bağlı araşdırma aparılır.