Rusiyada özbəklərin sayı sürətlə azalır: Baş konsul səbəbini açıqladı

Rusiyada özbəklərin sayı sürətlə azalır: Baş konsul səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda yaşayan və işləyən Özbəkistan vətəndaşlarının sayı sürətlə azalır.

 Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı TASS-a Sankt-Peterburqdakı Özbəkistan baş konsulu Abdurahmon Mahmudov açıqlayıb. Onun sözlərinə görə, azalmanın iki mühüm səbəbi var: respublikanın özündə iqtisadi artım, eləcə də miqrasiya istiqamətlərində üstünlüklərin dəyişməsi.

İndi özbəklərin çoxu Cənubi Koreyanı və ərəb dünyası ölkələrini seçir. Baş konsul bildirib ki, bu ilin əvvəlində şəhərdə 150 mindən çox Özbəkistan vətəndaşı işləyirdi, ilin sonuna qədər bu rəqəmin bir neçə on min nəfər azalacağı gözlənilir: “Dinamika azalır, keçən il şəhərdə 150 mindən çox vətəndaşımızın patenti var idi. Bu il azalma gözləyirik. Ona görə ki, əvvəla, ölkəmizdə böyük layihələr həyata keçirilir, işçiyə ehtiyac artır, hətta başqa ölkələrdən işçi cəlb etmək məcburiyyətindəyik. İkincisi, diversifikasiya var, Avropa, Amerika, Cənubi Koreya, ərəb ölkələri açılır, işçilər daha çox seçim əldə edirlər. Nəticədə Sankt-Peterburqa gələnlərin, burada qalanların sayı azalır”.

O əlavə edib ki, Rusiyada Özbəkistan vətəndaşları məşğulluq baxımından çətinliklə üzləşmirlər.