Rusiyada ordudan tərxis yaşı 65-70-ə qaldırıldı – Konstitusiya Məhkəməsi qərar veribbackend

Rusiyada ordudan tərxis yaşı 65-70-ə qaldırıldı – Konstitusiya Məhkəməsi qərar verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Konstitusiya Məhkəməsi müqaviləli əsgərlərin səfərbərlikdən əvvəl müəyyən edilmiş 50 yaş həddinə çatdıqları halda ordudan ayrıla bilməyəcəklərinə qərar verib. Bundan sonra Müdafiə Nazirliyi ilə müqavilə bağlayanlar rütbəsindən asılı olaraq 65 və ya 70 yaşa qədər xidmət etməlidirlər. Bu barədə məhkəmənin qərarında deyilir.

Müqavilə əsasında xidmət edən bir hərbi qulluqçu məhkəməyə müraciət edərək, müqavilə əsasında hərbi qulluqçuların səfərbərlik zamanı yalnız 65 yaşına çatdıqda (zabitlər üçün yaş həddi 70-dir) istefaya çıxa biləcəkləri dair maddənin Konstitusiyaya zidd hesab edilməsini tələb edib.

Ərizəçi israr edib ki, yaş həddi ilə bağlı yeni qərar Konstitusiyaya ziddir. Çünki qismən səfərbərlik elan edilməmişdən və qanun qüvvəyə minməsindən əvvəl Müdafiə Nazirliyi ilə müqavilə bağlamış müqaviləli əsgərlər var. Belə ki, qanun qüvvəyə minməmişdən əvvəl hərbçi 50 yaşına çatdıqdan sonra tərxis oluna bilərdi.

Konstitusiya Məhkəməsi yeni qanunun yeni yaş kateqoriyalarını tənzimlədiyi üçün heç bir ziddiyyət görmədiyini bildirib.

Müqavilə ilə işləyənlərin təqaüdə göndrilməsi üçün yaş həddinin artırılması haqqında qanun 2023-cü ilin iyununda qəbul edilib.

“Hərbi Hüquqşünaslar” insan hüquqları layihəsinin bildirdiyinə görə, qanunun hərfi oxunuşu yeni yaş məhdudiyyətinin yalnız 24 iyun 2023-cü il tarixindən sonra hərbi xidmət üçün müqavilə bağlamış müqaviləli əsgərlərə şamil edilir. Amma məhkəmə təcrübəsi göstərdi ki, müqaviləli əsgərlər yalnız yeni qanunda göstərilən yaş həddinə uyğun olaraq tərxis olunurlar.