Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb.
TİA.AZ-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, nazir “Başneft”in dövlət səhmlərinin “Rosneft”ə satılması ilə bağlı sövdələmənin müsbət qiymətləndirilməsi üçün 2 milyon dollar məbləğində rüşvət aldıb.
Nazirin hazırda həbsdə olduğu və ona qarşı istintaq-əməliyyat tədbiri həyata keçirildiyi bildirilir.