Rusiyada miqrantların təhsil hüququ ilə bağlı AÇIQLAMA – Konstitusiyaya ZİDDİR

Rusiyada miqrantların təhsil hüququ ilə bağlı AÇIQLAMA – Konstitusiyaya ZİDDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada miqrant uşaqlarının məktəblərdə pulsuz təhsil almasına qoyulan qadağalar ölkə Konstitusiyasına ziddir.

Tribunainfo.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Rusiya Təhsil Nazirliyinin Dövlət ümumi təhsil siyasəti və məktəbəqədər təhsilin inkişafı departamentinin direktoru Aleksandr Reut bildirib.

Onun sözlərinə görə, Rusiya Konstitusiyasına əsasən, ölkə ərazisində yaşayan bütün şəxslərin, o cümlədən əcnəbilərin də pulsuz təhsil almaq hüququ var:

“Bu, Rusiya Federasiyasının ərazisində olan bütün insanlar üçün ümumi hüquqdur. Ümumi təhsil pulsuzdur, orta ixtisas təhsili də elədir. Ali təhsil isə müsabiqə əsasında pulsuzdur”, – deyə Reut vurğulayıb.