Rusiyada qalmaq istəyən miqrantlar rus dilini məktəb məzunları səviyyəsində bilməlidirlər.
Tribunainfo.az Rusiya mediasına istinadla xəbər verir ki, “Rosobrnadzor”un rəhbəri Anzor Muzayev Sankt-Peterburqda keçirilən beynəlxalq hüquq forumunun sessiyasında əcnəbilər üçün yeni tələbləri müzakirəyə çıxarıb.
Muzaev qeyd edib ki, müvafiq tələblər həm müvəqqəti yaşamaq icazəsi almaq istəyən əcnəbilərə, həm də Rusiyada işləyən miqrantlara təqdim edilməlidir.
“Qanun hamı üçün eyni olmalıdır”, -“Rosobrnadzor”un rəhbəri deyib.
Bundan əvvəl Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru miqrantların rus dili imtahanından “uğurla” keçməsini təmin etdiyi üçün vəzifəsini itirib və bununla bağlı qalmaqal yaşanmışdı. Yoxlama zamanı əcnəbi vətəndaşlar üçün rus dili imtahanına düzgün nəzarət edilməməsi faktları aşkar edilib.
“Rus dilini yaxşı bilmək” tələbi əslində Rusiyaya axışan miqrantları filtrləmək üçündür. Hesab olunur ki, Rusiyanın miqrantlara, ucuz işçi qüvvəsinə ehtiyacı yaranan kimi bu tələbə riayət edilməsinə göz yumulacaq.