Rusiyanın Krasnoyarsk diyarının min hektar ərazisində 19 meşə yanğını qeydə alınıb.
Bu barədə regional meşə yanğınları mərkəzinin saytında məlumat verilib.
Bildirilir ki, ölənlərin sayı 7 nəfərə çatıb. Bundan əvvəl ikisi uşaq olmaqla beş nəfərin həlak olduğu deyilmişdi.
Bundan başqa, 19 nəfər xəsarət alıb. Ümumilikdə 1200-dən artıq insanın zərər çəkdiyi vurğulanır.
Həmçinin 518 yaşayış binası və 309 qeyri-yaşayış binası məhv olub.
Bölgədə fövqəladə vəziyyət elan edilib.