Rusiyanın Yaroslavl şəhərinin meriyası təxliyyə edilib.
Rusiyanın Yaroslavl şəhərinin meriyası təxliyyə edilib.
Tİ.AZ-ın Trend-ə istinadən məlumatına görə, buna binaya bomba qoyulması ilə bağlı anonim zəngin daxil olması səbəb olub.
Zəngdən sonra binada hüquq-mühafizə orqanları tərəfindən təxliyyə işləri aparılıb və axtarışlar başlayıb. Hazırda ətraf ərazi nəzarət altındadır.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, şəhərdə, eyni zamanda, bir neçə ticarət mərkəzi və məktəb də təxliyyə edilib.