Rusiyada məktəbdə 13 nəfəri öldürən şəxsin görüntüləri yayıldı – VİDEObackend

Rusiyada məktəbdə 13 nəfəri öldürən şəxsin görüntüləri yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının İstintaq Komitəsi İjevskdə orta məktəbdə 13 nəfəri öldürərək intihar edən cinayətkarın kadrlarını nümayiş etdirib.

RF İstintaq Komitəsinin teleqram kanalında yayılan görüntülərdə cinayətkarın köynəyində nasist svastikasının olduğu görünür.

Rusiya İstintaq Komitəsinin 10 saniyəlik qısa videoçarxında məktəbdəki atışmadan sonra intihar edən silahlının meyiti əks olunub.

Şəxsiyyəti hələlik açıqlanmayan cinayətkarın tamamilə qara geyindiyi və köynəyində qırmızı nasist svastikasının olduğu məlum olub. (APA)