Rusiyada matəm elan olunub

Rusiyada matəm elan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar martın 28-i tarixi matəm günü elan edilib

Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla, 64 nəfər ölüb.