Rusiyada leysan yağışlarından 2 nəfər ölüb – Video

Rusiyada leysan yağışlarından 2 nəfər ölüb – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krasnodarsk əyalətində leysan yağışları insan tələfatı ilə nəticələnib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, leysan yağışları səbəbindən iki nəfər ölüb, daha üç nəfər xəsarət alıb. Bir nəfərin taleyindən isə xəbər yoxdur.

Altı min insanın yaşadığı 3 rayonda 1,7 min evi su basıb. Hökumət 380-dən çox sakini evakuasiya edib. Əlverişsiz hava şəraiti qatarların hərəkətinə də təsir edib. 18 sərnişin qatarı gecikir.

Fəlakətin nəticələrinin aradan qaldırılmasına 700-dən çox insan və 150 ədəd texnika cəlb edilib.

Video Rusiyanın liman şəhəri olan Tuapsedən çəkilib:

Video Rusiyanın liman şəhəri olan Tuapsedən çəkilib: