Rusiyanın Armavir şəhərində yaşayan ermənilər arasında kriminal olay baş verib.
Rusiyanın Armavir şəhərində yaşayan ermənilər arasında kriminal olay baş verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, oktyabrın 19-da axşam saatlarında Armavirdəki “Buz” sarayının yaxınlığında 42 və 43 yaşlı iki nəfər küçədəki gənclərə atəş açıblar. Bundan sonra onlar ağ rəngli “Hyundai” maşınına oturaraq hadisə yerindən qaçıblar.
Qeyri-rəsmi məlumata görə, atəş açanlardan biri müflisləşmiş yerli biznesmendir, o, öz problemlərini bu yolla həll etməyə çalışıb.
İstintaqın versiyasına görə, oktyabrın 19-da şübhəlilər “Buz” sarayının yaxınlığında 3 nəfərə atəş açıblar.
Nəticədə milliyətcə ermənilər – 27 yaşlı Misak başından aldığı güllə yarasından hadisə yerində, 28 yaşlı Ruslan xəstəxanada ölüb. 38 yaşlı üçüncü yaralı əməliyyat olunub.
Şəhərdə axtarış elan olunub. 42 yaşlı Sergey Yelizaryants və 43 yaşlı Qaqik Esayan axtarılır. Axtarılan bu silahlı cinayətkarlar da millətcə ermənilərdir…