Rusiyada korrupsiyaya görə rekord göstərici

Rusiyada korrupsiyaya görə rekord göstərici

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə Rusiyada azı 99 deputat və yüksək rütbəli məmura qarşı korrupsiya işi açılıb. Bu, son illərin ən yüksək göstəricisi olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Novaya Gazeta Evropa” məlumat yayıb.

Cinayət işləri əsasən federal və regional nazirliklərin rəhbər müavinləri, şəhər merləri və onların müavinləri də daxil olmaqla yüksək səviyyəli məmurları əhatə edir.

Statistikaya görə:

Təxminən üçdə biri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır; ardınca tikinti və kommunal xidmətlər, iqtisadiyyat və sənaye (11%), nəqliyyat və təbii ehtiyatlardan istifadə sahələri gəlir.

Bu rəqəm son 6 ilin – 2019, 2020, 2021, 2022 və 2023-cü illərin hamısından yüksəkdir. Bu da ölkədə korrupsiyaya qarşı mübarizənin intensivləşdiyini, lakin eyni zamanda sistemli problemlərin dərinliyini göstərir.

Musavat.com