Rusiya Dövlət Duması miqrasiya siyasətinə dəyişiklikləri və miqrantlar üçün yeni deportasiya rejimi barədə qanunları qəbul edib.
Bildirilir ki, qanun layihələri miqrantlar üçün yeni hüquqi deportasiya rejimi müəyyən edir və Rusiyada qanunsuz olan əcnəbilərə, həmçinin hüquq pozuntusu törədənlərə şamil ediləcək.
Deportasiya rejiminə düşənlərin məlumatları nəzarət olunan şəxslərin xüsusi reyestrində saxlanılacaq. Məlumatların reyestrdə yerləşdirildiyi gündən əcnəbi bu barədə məlumatlandırılmış hesab olunacaq.
Əcnəbi Rusiyadan müddəti bitmiş və ya “texniki nasazlıqları” olan, lakin şəxsin identifikasiyasına imkan verən pasportla da çıxa biləcək.
Bundan əlavə, miqrantların Rusiyada müvəqqəti qalma müddəti azaldılır. Hazırda onlar ölkədə yarım il ərzində 90 gün qala bilirlər, ancaq düzəlişlərlə miqrant bir il ərzində 90 gün ölkədə qala biləcək.