Rusiyada ABŞ kəşfiyyat orqanlarının casusluq əməliyyatları ilə bağlı narahatlıqlarına görə dövlət işçilərinə bütün Apple cihazlarından istifadə qadağan edilib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Rusiya hakimiyyəti dövlət işçilərinə rəsmi dövlət işlərində Apple cihazlarından istifadə etməyi qadağan edib.
Bazar ertəsindən etibarən ölkənin ticarət nazirliyi iPhone-ların bütün biznes istifadəsini qadağan edəcək . Həmçinin qeyd olunub ki, bu qayda bütün Apple məhsullarına şamil edilir.
Qeyd edək ki, bu qadağa Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin iyunun əvvəlində Apple cihazlarının “ ABŞ kəşfiyyat agentlikləri” nin başçılıq etdiyi casusluq əməliyyatını üzə çıxardığını iddia etməsindən sonra qoyulub.