Rusiyada iki helikopterlə iki döyüş təyyarəsi vurulub -VİDEObackend

Rusiyada iki helikopterlə iki döyüş təyyarəsi vurulub -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mediası Bryansk vilayətində daha iki helikopter və iki təyyarənin qəzaya uğradığı barədə məlumat yayıb.

Sosial şəbəkələrdə Rusiya Hərbi Kosmik Qüvvələrinin ikinci qırıcısı – “Su-35”in qəzaya uğrama anının əks olundu iddia edilən kadrlar yayılıb. Görüntülər Bryansk vilayətinin Starodubski rayonunun Şkryabino kəndindəndir.

Bundan başqa ikinci “Mi-8” helikopterinin Uneçi rayonunun Volkustiçi kəndi yaxınlığında qəzaya uğrayıb. Hadisə yeri mühasirəyə alınıb. Helikopterin minalanmış ola bilmə ehtimalı ilə qəza yerinə istehkamçşılar yollanıb.

Həmçinin helikopterin qəzaya uğraması nəticəsində bir qadının yaralandığı və xəstəxanaya aparıldığı vurğulanıb.

İlkin ehtimallara görə “Mi-8” helikopterləri və “Su-34”, “Su-35” qırıcıları tapşırıqdan qayıdarkən hücuma məruz qalıblar.

Hava gəmilərinin dördündə də pilotların həlak olduğu bildirilir.