Rusiyanın Krasnodar vilayətinin Yoysk şəhərində hərbi təyyarə yaşayış binasına çırpılıb.
“Qafqazinfo” xəbər verir ki, “Su-34” təyyarəsi Yoysk şəhərinin Kommunist küçəsində yaşayış binasına dəydikdən sonra yanğın baş verib. Yanğın 9 mərtəbəli binaya keçib. İlkin məlumata görə, yanğın binanın 15 mənzilini bürüyüb. Pilotun katapult edərək xilas olduğu bildirilir.
Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.