Rusiyada hava limanı belə vuruldu: İtkilər açıqlandı – FOTO ,VİDEO

Rusiyada hava limanı belə vuruldu: İtkilər açıqlandı – FOTO ,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gecə Rusiya Federasiyasının Bryansk vilayətinin Oktyabrskoye kəndində hava limanına Ukrayna PUA-larının hücumu nəticəsində Mi-8 helikopteri məhv edilib, daha bir Mi-35 isə zədələnib.
 xəbər verir ki, bu barədə cümə günü “Astra” Rusiya Fövqəladə Hallar Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Zərbələr nəticəsində Mi-8 döyüş helikopteri tamamilə yanıb, onun döyüş ləvazimatları partlayıb. Mi-35 helikopteri də qismən zədələnib”, – xəbərdə deyilir.
Bundan əlavə, hava limanının inzibati binasına və xilasetmə xidmətinin binasına ziyan dəyib. Ölən və yaralananlar olmayıb.
BakuPost

Bakupost.azBakupost.az