Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç güllələnib.
Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, şəhərin mərkəzində naməlum şəxs 50 yaşlı polkovnikə səsboğucusu olan tapançadan 5 dəfə atəş açıb.
Qeyd olunur ki, öldürülən İvan Voroniç Ukrayna Təhlükəsizlik Xidmətinin tərkibində Xüsusi Əməliyyatlar Mərkəzinin 16-cı idarəsinin şöbəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
İvan Voroniç Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi bölmələrinin elitasına aid şəxs idi. Öldürülən polkovnikin şöbəsi təkcə hüquq-mühafizə bölməsi kimi çalışmır, həm də Rusiya ərazisində xüsusi həssas əməliyyatlarda iştirak edən “Alfa” qrupuna cavabdeh idi.
Ukrayna Ali Radasının keçmiş deputatı İqor Mosiyçuk İvan Voroniçin öldürüldüyünü təsdiqləyib.
Son məlumatlara görə, polkovnikin qatili gizlənə bilib.