Rusiyada əhalinin neçə faizi əmanətini bankda saxlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya əhalisinin yalnız dörddə bir hissəsi əmanətini bankda saxlayır. 
 

Rusiya əhalisinin yalnız dörddə bir hissəsi əmanətini bankda saxlayır. Novator.az-ın məlumatına görə, bunu Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğu göstərib.

Sorğu son illər bankda pul saxlayanların sayının dəyişmədiyini üzə çıxarıb. Sorğuya görə, əhalinin 26%-i əmanətini bankda saxlayır. Onların 60%-i həmin vəsaitin taleyindən narahat deyil. 39%-ində isə əmanətinin batacağı qorxusu var.

Sorğu iştirakçılarının 67%-i deyib ki, bəzi bankların lisenziyasının ləğv olunduğunu hiss edirlər. Respondentlərin 32%-i isə bundan xəbərsizdir.

Respondentlərin 44%-i qarşıdakı 2-3 ildə bank böhranının baş verəcəyini ehtimal edir. 2013-cü ildə belə düşünənlər 64% təşkil edirdi.

Sorğu iştirakçılarının 40%-i yaxın gələcəkdə Rusiyada maliyyə böhranı olacağını gözləmir. 2013-cü ildə belələri 27% idi.

Sorğu bu il avqustun 29-30-da 1200 respondent arasında keçirilib. Sorğunun nəticələri sentyabrın 18-də açıqlanıb.