Rusiyada doğulanlar ölənlərdən azdır – Əhali azalırbackend

Rusiyada doğulanlar ölənlərdən azdır – Əhali azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin ilk altı ayında yeni doğulanların sayı 2023-cü ilin birinci yarısı ilə müqayisədə 16,6 min nəfər azalıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bir il əvvəl Rusiyanın müasir tarixində doğum səviyyəsinə görə antirekord qeydə alınıb.

2024-cü ilin iyun ayında rusiyalı gənclərin sayı daha 6% azalıb. Ölkədə 98,6 min körpə doğulub. Bu rəqəm ilk dəfə olaraq 100.000 doğumdan aşağı düşüb.

2024-cü ildə Rusiya əhalisinin təbii azalması daha da sürətlənib. Bir neçə ildir ki, ölkədə əhalinin azalması yavaş templə davam edirdi.

Buna qədər ekspertlər demoqrafik balansın 3-dən artıq övlad sahibi olmaq istəyən miqrantlar tərəfindən qorunduğunu qeyd edirdilər. Ancaq bu il minlərlə leqal və qeyri-leqal miqrantın Rusiyadan qovulması, eləcə də Rusiyaya yerləşmək istəyən yeni miqrantlara əngəl yaradılması bu kimi statistikaların göstəricilərinə mənfi təsir göstərir.