Rusiyada daha bir hərbi obyekt – Azov yaşayış məntəqəsində neft kəməri partladılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Aprelin 6-na keçən gecə Rostov vilayəti Azov yaşayış məntəqəsi ərazisində yerli neft anbarından “Azov dəniz limanı”nda tankerlərə neft məhsullarının vurulduğu boru kəməri partladıb.
Tankerlərin neft məhsulları ilə yüklənməsi qeyri-müəyyən müddətə dayandırılıb.
Baş Kəşfiyyat İdarəsi obyektin Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyini dəqiqləşdirib.