Rusiyanın sərhəd bölgələrində, döyüş əməliyyatlarının getdiyi ərazilərdə yaşayan insanlar üçün kredit amnistiyasının keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu təkliflə “Ədalətli Rusiya — Həqiqət uğrunda” partiyasının lideri Sergey Mironov çıxış edib.
Onun fikrincə, bu, çətin vəziyyətə düşmüş insanlara dəstək üçün vacib addım olacaq.
Bu barədə o, TASS-a verdiyi müsahibədə bildirib:
«Partiyamız Ukrayna ilə sərhəd bölgələrdə yaşayan və döyüşlərin getdiyi ərazilərdəki insanların borclarının silinməsini tələb edir. Payız sessiyasında Dövlət Dumasında “Ədalətli Rusiya — Həqiqət uğrunda” fraksiyası bu təşəbbüsü fəal şəkildə irəli aparacaq».
Siyasətçi qeyd edib ki, Rusiyada artıq xüsusi hərbi əməliyyat zamanı həyatını itirən borcalanların yaxınları və yaralanma nəticəsində I qrup əlillik alan borcalanlar üçün kredit amnistiyası mexanizmi fəaliyyət göstərir.