Maqadanda iki kinoteatr, bir neçə məktəb, ali məktəb və bazardan vətəndaşlar təxliyə edilib.
Maqadanda iki kinoteatr, bir neçə məktəb, ali məktəb və bazardan vətəndaşlar təxliyə edilib.
Trend-in məlumatına görə, təhlükəsizlik xidmətinin region üzrə nümayəndəsi bildirib ki, buna səbəb həmin yerlərə bomba qoyulması barədə anonim zənglərin alınması olub.
Onun sözlərinə görə, kütləvi bomba qoyulması barədə anonim zəng ümumi “112” xidmətinə daxil olub.
Nümayəndə bildirib ki, anonim zəngdən dərhal sonra həmin obyektlər təxliyə edilib və ərazi nəzarətə götürülüb: “Vətəndaşlardan xahiş edirik ki, təşvişə düşməsinlər, vəziyyətə tam nəzarət edirik”.
Nümayəndənin sözlərinə görə, artıq anonim zəng edən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanılıb.