Rusiyada bəbir kişini parçalayaraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moskva vilayətinin İstra rayonunda evdə bəbir kişini parçalayaraq öldürüb.

“Report” xəbər verir ki, bu barədə “Moskva” agentliyi DİN-in Moskva vilayəti üzrə idarəsinə istinadən məlumat yayıb.

Hadisə “Obnovlennıy trud” kəndində baş verib. İlkin məlumatlara görə, bəbir ona yemək vermək üçün qəfəsə daxil olan özəl baxıcıya hücum edib.

Hüquq-mühafizə orqanları əməkdaşları faktla bağlı yoxlama aparır.