Rusiyanın Tambov vilayətində barıt zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 13 nəfərin yaralandığı açıqlanıb.
Tribunainfo.az xəbər verir ki, Qubernator Yeqorov hadisənin hücum və ya təxribat olmadığını bildirib.
partlayışla bağlı açıqlama verən Tambov regional istintaq komitəsi hadisə nəticəsində 4 nəfərin həyatını itirdiyini, ağır yaralanan bir işçinin isə xəstəxanada dünyasını dəyişdiyini bildirib.