Rusiyada azərbaycanlı iş adamı həbs edildi

Rusiyada azərbaycanlı iş adamı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Smolensk vilayətinin Milli Konqresinin rəhbəri, azərbaycanlı iş adamı Faiq Əliyev rüşvət işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edilib və 8,4 milyon rubl məbləğində cərimələnib.

Tribunainfo.az xəbər verir ki, 2020-ci ilin martından 2024-cü ilin dekabrına qədər mehmanxana kompleksinin və ticarət mərkəzinin sahibi olan Əliyev “PJSC MRSK Central – Smolenskenergo”nun məmuruna 846 min rubl rüşvət verməkdə ittiham olunur.

“Məhkəmə dövlət ittihamçısının rəyini nəzərə alaraq, iş adamını 4 il müddətinə azadlıqdan məhrumetmə və 8 milyon 465 min rubl məbləğində cərimələyərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə qərar verib”, – prokurorluqdan bildiriblər.