Rusiyada Azərbaycan pomidorunun qiyməti 19 manata çatdı

Rusiyada Azərbaycan pomidorunun qiyməti 19 manata çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Çinlə sərhədi bağlaması bu ölkədə tərəvəzlərin qiymətlərini iki dəfəyədək artırıb. Virtualaz.org “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, Rusiya bazarlarında xiyarın kiloqramı 400 rubla çatıb. Çindən yayılan ölümcül virus pomidorun da qiymətini xeyli şişirdib. Hazırda Azərbaycandan gətirilən bu tərəvəzin kiloqramı 700 rubl (təxminən 19 manat) təşkil edir.

Rusiya mətbuatının yazdığına görə, hələlik Vladivostoka təyyarə ilə Azərbaycandan tərəvəz gətirilir. Bu həftə Türkiyə pomidorunun da bazara daxil olması gözlənilir. Ehtimal olunur ki, bundan sonra qiymət bir qədər aşağı enə bilər.