Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan Yaroslav Semyonov Sumqayıt şəhərində doğulub.
O, Sumqayıtda ailə həyatı qurub və övladları da bu şəhərdə dünyaya gəlib.
Yaroslav Semyonov bildirir ki, Vətənini çox sevir: “Hər yerdə deyirəm ki, mən azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam”.
1980-ci illərin əvvəllərində Yaroslav Rusiyaya köçüb və orada yaşamağa başlayıb. Lakin hər yerdə Azərbaycan mədəniyyətini tanıtmağa çalışır.TİA.AZ Disaporla İş üzrə Dövlət Komitəsinin Yaroslav Semyonovla bağlı hazırladığı videonu təqdim edir: