Rusiyada avtomobil qəzası nəticəsində 9 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yakutiya Respublikasının “Kolıma” avtomobil şosesində baş verən qəzada 9 nəfər ölüb.

 

Rusiyanın Yakutiya Respublikasının “Kolıma” avtomobil şosesində baş verən qəzada 9 nəfər ölüb.

TIA.AZ TASS istinadən xəbər verir ki, bu barədə respublikanın FHN-dən bildiriblər.

“Son məlumatlara görə, 9 nəfər ölüb, onlar arasında 2 yaşlı uşaq da var. Xəsarət alan üç nəfər xəstəxanadadır”, – deyə nazirlikdən bildirilib.

Ehtimala görə, qəzaya səbəb mikroavtobusun əks hərəkət zolağına çıxması ola bilər. Xəsarət alan üç nəfərdən biri reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.