backend

Rusiyada araqdan ölənlərin sayı 63-ü keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli “Boyarışnık” içkisindən zəhərlənərək ölənlərin sayı 63 nəfərə çatıb. 

Rusiyanın İrkutsk şəhərində spirt tərkibli “Boyarışnık” içkisindən zəhərlənərək ölənlərin sayı 63 nəfərə çatıb.

TİA.AZ “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.

«Bu gecə daha bir nəfər dünyasını dəyişib, hadisə ilə bağlı zərərçəkənlərin sayı 109 nəfərə çatıb. Hazırda xəstəxanalarda 37 nəfər həkimlərin nəzarəti altındadır”, deyə Şkurskaya qeyd edib.

Xatırladaq ki, dekabrın 17-də İrkutskda spirt tərkibli mayedən (“Boyarışnik”) kütləvi zəhərlənmələr qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.