Rusiyada anonim zənglər: Putinin yoluna 50 bomba qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin avtomobil kortejinin Sankt-Peterburq şəhərində keçəcəyi yolda 50 bomba quraşdırılması barədə 60 anonim zəng daxil olub.

 

Rusiya prezidenti Vladimir Putinin avtomobil kortejinin Sankt-Peterburq şəhərində keçəcəyi yolda 50 bomba quraşdırılması barədə 60 anonim zəng daxil olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkə başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.

Cümə günü Rusiya lideri Sankt-Peterburqda Mədəniyyət forumunda iştirak edib.

“Müxtəlif obyektlərdə, o cümlədən, prezident kortejinin keçəcəyi yollarda, təxminən 50 partlayıcı qurğunun quraşdırılması barədə 60-a yaxın anonim zəng daxil olub” – Pskov bildirib.

Kreml nümayəndəsinin sözlərinə görə, təhlükəsizlik xidmətinin əməkdaşları bütün obyektləri yoxlayıblar, lakin heç nə aşkarlanmayıb. D. Peskov onu da qeyd edib ki, zənglər dövlət başçısının iş qrafikinə təsir etməyib.