Komi respublikasında mədəndə qəza baş verib.
Komi respublikasında mədəndə qəza baş verib.
Moderator.az -ın Trend-ə istinadən məlumatına görə, qəza ilə bağlı regionun fövqəladə xidməti xəbər yayıb.
Son məlumata görə, qəza nəticəsində təxminən 110 mədən işçisi yerin altında qalıb. Dəqiq olaraq, həmin anda 109 işçinin mədəndə olması bildirilir.
Verilən ilkin məlumata görə, mədən “Lukoyl” şirkətinin strukturuna daxildir.
Mədəndə qəzanın baş vermə səbəbləri barədə hələlik məlumat yoxdur. Hadisə yerinə xilasedicilər və tibbi heyət cəlb edilib.