Ukraynanın Zaporojye vilayətinin atəşə tutulması nəticəsində iki nəfər həlak olub, 12 nəfər yaralanıb.
Tribunainfo.az– ın Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib.
“Xəsarət alanların sayı 12-yə çatıb. Yaralılar arasında 4 uşaq var. Beş nəfər ağır və orta vəziyyətdə xəstəxanaya göndərilib”, – o, teleqram səhifəsində yazıb.
Qeyd olunur ki, azı 9 bina zərər görüb.