Rusiya yenə yaşayış binalarını vurdu – Slavyanskda ölən və yaralananlar varbackend

Rusiya yenə yaşayış binalarını vurdu – Slavyanskda ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Donetsk vilayətinin Slavyansk şəhərində yaşayış binalarına endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

“AzPolitika” xəbər verir ki, yerli administrasiyanın məlumatına görə, yaralananlar arasında 2 və 13 yaşlı qızlar da var.

Hücum nəticəsində 6 hündürmərtəbəli binaya, bir müəssisəyə, bir inzibati binaya və iki avtomobilə ziyan dəyib. Donetsk vilayət prokurorluğunun məlumatına görə, ölən şəxsin 44 yaşı var və o, zərbə zamanı avtomobilində olub.

Xatırladaq ki, oktyabrın 1-də rus hərbçiləri Xersonun mərkəzinə artilleriya zərbəsi endirib. Xerson Vilayət Prokurorluğunun məlumatına görə, nəticədə 6 nəfər ölüb, eyni sayda insan yaralanıb.

Həmin gün Rusiya Silahlı Qüvvələri Zaporojyeyə hava zərbəsi endirib. Bir nəfər həlak olub, daha 21 nəfər yaralanıb. Sənaye obyektlərinə və yaşayış binalarına, o cümlədən mənzil və fərdi evlərə ziyan dəyib.

Bundan əvvəl, sentyabrın 28-nə keçən gecə Rusiya ordusu Sumıdakı xəstəxananı iki dəfə atəşə tutub. 10 nəfər həlak olub, daha 22 nəfər yaralanıb. Sentyabrın 25-də Rusiya hərbçiləri Kramatorskda çoxmərtəbəli yaşayış binalarını atəşə tutub. İki nəfər ölüb, dördü uşaq olmaqla 19 nəfər yaralanıb.