Xankəndi Azərbaycan ərazisidir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Erməni jurnalistin guya Azərbaycanın Xankəndində kütləvi şəkildə yaşayış binalarını, XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid yaşayış kvartallarını sökməsi ilə bağlı təxribatçı sualına Rusiya XİN sözçüsü belə cavab verib:
“Anladığım qədər burada söhbət Azərbaycan ərazilərindən gedir. Orada bu ölkənin qanunları işləyir. Bu, birincisi. İkincisi isə, əgər burada söhbət mədəni abidələrdən gedirsə, bununla məşğul olan beynəlxalq təşkilatlar var, onlara müraciət edilə bilər…UNESCO var. Ölkələrlə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Bu sual dəqiq bizə ünvanlanmamalıdır”, – deyə Zaxarova vurğulayıb.
APA